02 Noyabr 2024 15:43

Mingəçevirdə Şəhidlərin xatirəsinə tikilən bulağı İcra Hakimiyyəti sökdü –FOTO/ VİDEO

“Əhd etmişdim ki, hərbi hissədən aldığım məvacibi yanımda can verən döyüş yoldaşlarımın xatirəsini əbədiləşdirmək üçün bulaq tikintisinə xərcləyim. Hərbi hissəyə getdim, pulu aldım və bulağın tikintisinə başlayıb Bakıya gəldim. Bu gün xəbər gəlib ki, bulağı söküblər”

Azadsöz.az  xəbər  verir  ki, bunu Moderator.az-a açıqlamasında Qarabağ qazisi Tural Şükürov bildirib. Qazi daha sonra əlavə edib:

“Mən müharibəyə getməzdən öncə bərbər idim. Mingəçevirdə çalışdığım salonun qarşısında zibillik var idi, o zibilliyi İcra hakimiyyəti işçiləri ilə birgə qayda-qanunla yığışdırıb, onun yerində bulaq tikməyə başladıq. Fikirləşmədik ki, şəhid qardaşlarımızın xatirəsinə əbədiləşdirdiyimiz bulağı kimsə gəlib söksün! İcra hakimiyyətindən bizə bildirdilər ki, siz bu bulağı icazəsiz tikirsiz. Biz də başa saldıq ki, şəhidlərimizin valideyni sizə müraciət ərizəsi yazıb, sadəcə müəyyən səbəblər üzündən bir az gecikdiriblər, üzrlü sayın. İşi saxlamayın, ərizələr hazır olan kimi sizə təqdim edəcəyik. Bulağı yarıya kimi tikdirməyimizə heç kim məhəl qoymayaraq gəlib sökdülər.

Mənim əlimdə görüntülər var, hansı ki, əvvəl orada zibilxana olanda çox baxımsız idi, İcra hakimiyyətinin nümayəndələri gəlib o zibillikdə təmizlik işləri gördürmürdü. O şəhid bulağı da bizimlə döyüşdə, qucağımızda can verən 5 qardaşımızın xatirəsinə tikilmişdi. Bunu da bizə çox gördülər. Hisslərimizlə çox pis şəkildə oynadılar. Ərazi üzrə icra müavini Nəriman adlı bir şəxs var. Onunla şəxsən özüm telefonla danışmışam və xahiş etmişəm ki, bulağı sökməsinlər, bu bizim üçün təhqir sayılacaq, mənə dedi ki, get nə bilirsən onu da et, bulaq söküləcək. Düşünməmişdim ki, bunun sonu belə olacaq. Budurmu şəhidlərimizə, qazilərimizə qoyduğunuz hörmət?! Müharibə 44 günə bitdi, şəhidə, qaziyə hörmət də 44 günə bitdi?” deyə qazi bildirərək bizdən kömək istəyib.

 

kadıköy escort anadolu yakası escort istanbul travesti