Azadsöz.az xəbər verir ki, bu gün Niderlandın Rotterdam şəhərində “Euorovision 2021” mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilir. Azərbaycanı təmsil edən Samirə Əfəndi 14 nömrə altında “Mata Hari” mahnısını ifa edib.
Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.
Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.