22 Noyabr 2024 12:15

“Beşiktaş” Türkiyə kubokunu da qazandı

Azadsöz.az  xəbər  verir  ki,  Türkiyə kubokunda 2020/21 mövsümü başa çatıb.Turnirin final oyunu İzmirdə keçirilib.

Cari mövsüm Super Liqanın çempionu olan “Beşiktaş” “Antalyaspor”u sınağa çəkib. İstanbul təmsilçisi bu görüşdə qalib gələrək kuboku da başı üzərinə qaldırıb – 2:0.

Bununla da Sərgən Yalçının yetirmələri mövsümü “Qızıl dubl”la başa vurub. “Beşiktaş” tarixində 10-cu dəfə kubokun sahibi olmaqla 9 uğura sahib “Trabzonspor”u arxada qoyub. 1975, 1989, 1990, 1994, 1998, 2006, 2007, 2009, 2011-ci illərdə də mükafata sahib olan “ağ-qaralar” kubok sayında yalnız “Qalatasaray”dan (18 dəfə) geri qalır.

İstanbul trv istanbul travestileri