Azadsöz.az xəbər verir ki,İsrail qüvvələri Qüdsdəki Şeyx Cərrah Məhəlləsində yaşayan Fələstinlilərə hücumlarına davam edir İsrail polisi Fələstinliləri lentə alan jurnalistlərə hücum edib. Belə ki, polisinin xəbərdarlıqlarına baxmayaraq, ərazini tərk etməyən jurnalistlərlə aralarında izdiham yaşanıb.
Digər jurnalistlər polislərin onlara hücum etmə anını lentə almağa çalışıblar. Bu zaman İsrail polisi kameralara hücum edərək, jurnalistləri döyüblər.