27 İyul 2024 06:50

“Barselona” şansını itirdi

Azadsöz.az  xəbər  verir  ki,  “Mançester Siti” yeni rekorda imza atıb.Klubun rəsmi “Tvitter” səhifəsinə istinadən xəbər verir ki, komanda buna İngiltərə Premyer Liqasının 36-cı turunda “Nyukasl”a 4:3 hesabı ilə qalib gəlməklə nail olub. Bununla da, Mançester təmsiçisi ölkə çempionatında səfər matçlarında ardıcıl 12-ci qələbəsini qazanıb. Bu isə turnir üçün yeni rekorddur.

Əvvəllər 2008-ci ildə “Çelsi” və 2017-ci ildə “Mançester Siti” səfər görüşlərində 11 oyunluq qələbə seriyasına sahib olub. Maraqlıdır ki, bu, yalnız Premyer Liqa üçün deyil (liqa 1992-ci ildə qurulub), həm də bütün ingilis futbolu üçün bir rekorddur. 1888-ci ildə Futbol Liqasının yaranmasından bəri ilk dörd bölgədə heç bir komanda belə bir nailiyyət əldə etməyib.

Qeyd edək ki, “Mançester Siti” bu mövsüm Premyer Liqada çempionluğu təmin edib