Azadsöz.az xəbər verir ki, mayın 19-dan etibarən Bakıdan Rusiyanın Samara şəhərinə müntəzəm uçuşlara başlanılacaq.Rusiyanın “İrAero” aviaşirkəti tərəfindən “Superjet 100” tipli təyyarə ilə hər həftə çərşənbə axşamı günü həyata keçiriləcək uçuşların müddəti 1 saat 50 dəqiqə olacaq.