27 İyul 2024 06:46

Göyçayda şəhidlərin adına inşa edilmiş bulaqların açılışı olub-FOTO

Azadsöz.az  xəbər  verir ki, bu gün  Ramazan bayramı münasibətilə  44 gün davam edən Vətən müharibəsində  qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Vidadi Xəlilovun Nizami küçəsində və  Bığır kəndində şəhid Qüdrət Əzizovun adına inşa edilmiş bulaqların açılışı olub.

Açılış  mərasimində  rayon İcra Hakimiyyətinin başçısı  Mehdi  Səlimzadə, Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Qeyd  edək  ki, polkovnik-leytenant Vidadi Xəlilov 44  günlük Vətən müharibəsində Cəbrayılın, Qubadlının və  Laçının  azadlığı  uğrunda  gedən  döyüşlərdə iştirak  edib.Noyabrın 1-də Laçın döyüşləri  zamanı  şəhidlik  zirvəsinə  ucalıb.Polkovnik-leytenantımız  Göyçayda  Şəhidlər  Xiyabanında dəfn olunub.

Vidadi  Xəlilov ölümündən  sonra  Prezident İlham  Əliyevin sərəncamına  əsasən,  “Vətən uğrunda”, “Hərbi  xidmətlərə görə”, “Cəbrayılın”, “Qubadlının” və “Laçının” azad olunmasına görə  medalları  ilə  təltif  edilib.

Xatırladaq  ki, Qüdrət Əzizov  Vətən müharibəsində Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətində  gedən  döyüşlərdə  iştirak edib.Noyabrın 9-da Şuşa döyüşləri  zamanı  şəhid olub.

Qüdrət Əzizov  ölümündən  sonra  Prezident İlham  Əliyevin sərəncamına  əsasən, “Vətən uğrunda” medalı ilə  təltif  edilib.

 

Bir ağaç ve açık hava görseli olabilir

 

Bir 1 kişi, ayakta, ağaç ve açık hava görseli olabilir

Bir 3 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

 

Bir 1 kişi görseli olabilir

Bir 1 kişi, ayakta ve anıt görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar, askeri üniforma ve açık hava görseli olabilir