03 May 2024 21:24

Fərqliliyimiz Uğurumuzdur

Bu il Gürcüstan Azərbaycandan 1000 ton aviasiya yanacağı idxal edib

Azadsöz.az  xəbər  verir  ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 1000 ton aviasiya yanacağı idxal edib.Bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları birliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal ümumi idxalın 6.2%-ni təşkil edib. Təkcə cari ilin aprelində isə Gürcüstan Azərbaycandan 500 ton aviasiya yanacağı idxal edib ki, bu da həmin dövrdə ümumi idxalın 9.6%-ni təşkil edib.

Yanvar-aprel ayları ərzində Gürcüstanın aviasiya yanacağı idxalı həcmi illik müqayisədə 16.9% və ya 3.3 min ton azalaraq 16.2 min ton təşkil edib.

Hesabat dövründə Gürcüstanın əsas aviasiya yanacağı tədarükçüsü Türkmənistan olub – 10.3 min ton (63.6%).