Azadsöz.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
Turnirdə Özbəkistan və Tunisin U-21 yığmaları da qüvvəsini sınayacaq. Azərbaycan millisi Ukrayna, Tunis isə Özbəkistanla qarşılaşacaq.
Xatırladaq ki, turnir 26-28 mayda təşkil olunacaq.