27 İyul 2024 07:53

Aslan Hüseynovun bacısının vəziyyəti pisləşib-Reanimasiyadadır

Azadsöz.az  xəbər  verir  ki, bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynovun bacısının vəziyyəti pisləşdiyindən reanimasiyaya yerləşdirilib.

Bu haqda rəqqasə Fatimə Fətəliyeva öz  instaqramında canlı yayımda deyib:

“Ailə pis durumdadır. Atası xəstədir, oğlunun ölümündən xəbəri yoxdur. Bacısı reanimasiyadadır. Xanımı evdar qadındır, heç nədən başı çıxmır” .

Xatırladaq  ki, Aslan Hüseynov  “Bakı-Qazax yolunun 60-cı kilometrliyində  özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşması  nəticəsində  vəfat  edib.