Azadsöz.az xəbər verir ki, Ülviyyə Mikayılova “Space” teleradio şirkətinin rəhbəri təyin edilib.Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı təsdiq edib.
Ü.Mikayılova ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.
Qeyd edək ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.