05 May 2024 00:55

Fərqliliyimiz Uğurumuzdur

Aslan Hüseynovun dəfn olunacağı yer məlum oldu

Azadsöz.az  xəbər  verir  ki, müğənni Aslan Hüseynov  Gəncədə anasının dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq.Onun cənazəsi Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ şöbəsindən Gəncəyə yola salınıb.

Qeyd  edək  ki, sənətçi  səhər  saatlarında  “Bakı-Qazax yolunun 60-cı kilometrliyində  özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşması  nəticəsində  vəfat  edib.