Azadsöz.az xəbər verir ki, Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxs müğənni Aslan Hüseynovdur.
“Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib”, – deyə DYP rəsmisi məlumat verib.
Qeyd edək ki, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.A.Hüseynov hazırda Qaradağ rayonda 19 nömrəli xəstəxananın morqundadır.