25 Noyabr 2024 17:40

Milli Qəhrəman Polad Həşimovun anası medaldan imtina etdi

Azadsöz.az  xəbər  verir  ki, bir müddət əvvəl İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Dini Lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayəndəsi Əli Əkbər Ocaqnejad general-mayor Polad Həşimovun ailəsini ziyarət edib. Bununla  bağlı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “Tvitter” səhifəsində paylaşım etmişdi.

Səfir bildirib ki, səfirliyin hərbi attaşesi və dini rəhbərin Azərbaycan üzrə nümayəndəsi Əli Əkbər Ocaqnejadla birlikdə general şəhid Polad Həşimovun evində olub.

Səfir vurğulayıb ki, onlar öldürülmüş general Qasım Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim ediblər.

Ancaq, şəhid general-mayor Polad Həşimovun ailəsi xəbəri təkzib edib.

Sosial şəbəkədə yayılan məlumata görə, Polad Həşimovun anası Səmayə xanım mükafatı almadıqlarını bildirib.

“İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyatı qurumlardan da medalı geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm”-deyə, Səmayə ana bildirib.

Polad Həşimovun qardaşı İlham Həşimov Günaz.TV-yə açıqlamasında xəbəri təsdiq edib.

“Bəli, xəbər doğrudur. Biz o mükafatı qəbul etməmişik. Şəhid general-mayor Polad Həşimovun adından sui-istifadə etməsinlər”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul