Azadsöz.az xəbər verir ki, İqtisad Universitetindəki problemlərlə bağlı tələbələrə dəstək olmaq üçün “Tələbə Güc Mərkəzi” aksiya keçirib.Aksiya zamanı tələbələrin bəziləri polis tərəfindən saxlanılıb.
Aksiya keçirən tələbələrin tələbləri bunlar olubdur.
1. Semestr imtahanlarının təşkili qaydalarında qərar vermək üçün tələbələr arasında rəy sorğusu keçirilsin və tələbələr hansı üsul və metodlarla razılaşarsa, həmin qaydada imtahanlar təşkil edilsin,
2. Onlayn rejimdə keçirilən dərslərdə “qayıb limiti” sistemi ləğv edilsin,
3. Semestr imtahanlarının keçirilməsində ədalətliyi təmin etmək üçün apellyasiya komissiyalarının şəffaf fəaliyyəti təmin edilsin,
4. Fərqli düşündükləri və universitetin qərarlarını tənqid etdikləri üçün tələbələrə qarşı heç bir təzyiq üsulundan istifadə edilməməli, tələbələri təhdid edən universitet rəsmiləri cəzalandırılmalı, universitet rəhbərliyi tənqidləri qəbul edib, ilk növbədə problemi özündə axtarmalıdır,
5. Universitet rəhbərlikləri tələbələrdən öz öhdəliklərini yerinə yetirməsini tələb etməzdən əvvəl özü götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməli və bilməlidir ki, tələbənin ən kiçik problemində belə Tələbə Güc Mərkəzi ilə hesablaşmalı olacaqdır.