04 May 2024 21:49

Fərqliliyimiz Uğurumuzdur

Bu rayonun məktəb direktoru işdən azad edildi-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Quba rayon İspik kənd tam orta məktəbinin direktoru Bəxtiyar Kərimov işdən çıxarılıb.

B.Kərimov təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə çalışmanın son yaş həddinə çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

Qeyd edək ki, keçmiş direktor təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev tərəfindən Fəxri fərmanla təltif edilib.