Göyçay rayonundakı qurumlardan birinin inzibati binasından elektrik naqilləri və digər elektrik avadanlıqlarının oğurlanması barədə polisə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadsöz.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib.
Nəticədə oğurluğu etməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Adil İsgəndərov saxlanılıb. Onun oğurluq yolu ilə əldə edərək əlvan metal qəbulu məntəqələrinə satdığı naqillər və digər metal avadanlıqlar həmin yerlərdən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.