Azadsöz.az xəbər verir ki, Ermənistanla İran arasında fəaliyyət göstərən Meğri gömrüyü bağlanıb.Məlumatı “news.am” yayıb.
Bildirilib ki, gömrük bağlandığı üçün Ermənistan-İran gömrük nəzarət-keçid buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb.
Məlumata görə, nəzarət keçid məntəqəsi Ermənistan dövlət gəlirlər komitəsi sədrinin müavini Şuşanik Nersisyanın (KİV-də “Nakolka Şuşo” ləğəbi ilə tanınır) əmri ilə bağlanıb.
Göstərişin verilməsinin səbəbi məlum deyil. Komitə də hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.