28 Noyabr 2024 06:34

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir

Azadsöz.az  xəbər  verir  ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 26 aprel 2021-ci il tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın 13 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Dövlət Komitəsi sədrinin 9 fevral 2021-ci il tarixli əmri əsasında seçki komissiyası yaradılıb. Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası seçkiləri təşkil edib. Komissiyanın protokoluna əsasən şuraya üzvlüyün say həddi 13 olaraq təsdiq edilib.

Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 30 namizəd rəsmi qeydiyyata alınıb.

Seçkilərin keçirilməsi ilə bağlı səsvermədə iştirak etmək üçün 5-14 aprel tarixində Dövlət Komitəsi tərəfindən elan verilib və müraciət edən 175 nümayəndə qeydiyyata alınıb.

Seçki prosesinin sonunda səslər müvafiq komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanacaq. Seçkilərin şəffaflığını təmin etmək məqsədi ilə şəffaf seçki qutuları qoyulub, səsvermə prosesi başlanandan sona qədər kamera vasitəsi ilə çəkilir.

Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul