Azadsöz.az xəbər verir ki, Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.Keçirilən əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
Qeyd edək ki, həbs edilən Alimpaşa Məmmədovun halı pisləşdiyindən Təcili Tibbi Yardım çağrılıb.
Hazırda həkimlər Alimpaşa Məmmədovu müayinə edir.