Koronavirus xəstələrindən rüşvət alan “Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun saxlanma görüntüləri yayılıb.
Azadsöz.az xəbər verir ki, bu barədə video AzTV-də yayımlanıb.
Qeyd edək ki, hər iki xəstəxananın baş həkimləri koronavirus xəstələrinin özlərinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığıblar.
Faktla bağlı araşdırma aparılır.