Azadsöz.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan etirazçıların onun kortecinin keçdiyi yolu bağlamasından sonra ölkənin cənubundakı Mehri şəhərini tərk etməli olub. Paşinyan mühafizəçilər, polis və Milli Təhlükəsizlik Xidmətinin müşayiəti ilə qəsəbə küçələrini gəzməyi planlaşdırsa da, etirazçılar Baş nazir kortecinin yolunu kəsərək buna icazə verməyiblər.
Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək Paşinyanı “satqın” adlandırıblar. Bundan sonra o, maşına minərək şəhəri tərk edib.