05 May 2024 09:04

Fərqliliyimiz Uğurumuzdur

İlham Əliyev yarımstansiyaların açılışında – FOTOLAR (YENİLƏNİB)

Azadsöz.az  xəbər  verir  ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.

Dövlət başçısı, həmçinin məsafədən idarə olunan SCADA Dispetçer sistemi vasitəsilə 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyasının yenidənqurmadan sonra açılışını edib.

Qeyd  edək  ki,  dövlətimizin başçısına yenidən qurulan “Hövsan” yarımstansiyası barədə məlumat verilib.

Bildirilib ki, 45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.

Prezident İlham Əliyev “Hövsan” yarımstansiyasını işə salıb.

Dövlətimizin başçısına yenidənqurulan 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyası barədə də məlumat verildi. Bu yarımstansiya da tam yenidən qurularaq etibarlılığı və dayanıqlılığı artırılıb, istehlakçıların fasiləsiz və keyfiyyətli enerji ilə təchiz edilməsi təmin olunub. Bu yarımstansiya Sabunçu və Xəzər rayonlarının, xüsusən də Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, ümumilikdə 150 min nəfərə yaxın sakini elektrik enerjisi ilə təchiz edəcək.

Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə “Maştağa” yarımstansiyasını da işə salıb.

image-16188137464139669_750x500

 

image-16188137463399158955_750x500

image-16188137465014421023_750x500

image-16188137463634349736_750x500

image-16188137464033523549_750x500

 

Prezident yarımstansiyaların açılışında- FOTOLAR (YENİLƏNİB)

Prezident yarımstansiyaların açılışında- FOTOLAR (YENİLƏNİB)

Prezident yarımstansiyaların açılışında- FOTOLAR (YENİLƏNİB)

Prezident yarımstansiyaların açılışında- FOTOLAR (YENİLƏNİB)