Azadsöz.az xəbər verir ki, Ukrayna hərbi qüvvələri Rusiya tərəfindən ehtimal olunan hücumlara hazırlaşırlar.Bu barədə Luqansk hərbi komandanlığı məlumat verib.
Hərbçilər qarşı tərəfin hücumundan qətiyyən məyus olmadıqlarını bildiriblər.
“Bizdə belə bir deyim var: sülh istəyirsənsə, həmişə müharibəyə hazır ol. Düşməni öz torpaqlarımızda qarşılamağa hazırıq” – deyə əsgər Yuri vurğulayıb.
“Rusiyanın Ukraynanın Birgə Qüvvələrin Əməliyyat ərazisində mövqelərə mərmi yağdırmaqla vəziyyəti gərginləşdirəcəyi istisna deyil. Məqsəd Ukrayna hərbi qüvvələrini əks-hücum əməliyyatlarına cəlb etməkdir. Bununla əsgərlərimizi qızğın döyüş bölgələrinə çəkmək və bizi itkilərə məruz qoymağa çalışırlar”.General Mayor Viktor Hanuşçyak belə deyib.
Donbas regionunda hazırda atəşkəsin mütəmadi olaraq pozulduğu bildirilir. Regionda gərginliyin artmasına səbəb 26 martda separatçılarla təmas xəttində Ukrayna hərbçilərinə edilən hücum və nəticədə 4 Ukrayna hərbçinin ölməsi olub. Daha sonra davam edən atışmalarda 30-dan çox ukraynalı hərbçi ölüb. Ukrayna hökuməti hücumlara görə Rusiyanı ittiham edir. Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden Donbasda münaqişə yenidən alovlanacağı təqdirdə Ukraynaya bu münaqişədə dəstək göstərəcəklərini ifadə edib.
Qeyd edək ki, Donbasda müharibə Rusiya 2014-ci ildə Krımı ilhaq etdikdən sonra başlayıb. Həmin dövrdən indiyə qədər münaqişədə, ümumilikdə, 14 mindən çox insan ölüb.