“Azadsöz.az” “Unikal.org”-a istinadən xəbər verir ki, Sumqayıtda 67 illik tarixi olan və şəhərin ikinci ən böyük arenası hesab edilən “İnşaatçı” stadionu uzun illərdir ki, nəzarətsiz qalıb.
10 minlik tamaşaçı tutumu olan stadionun tribunalarındakı oturacaqlardan əsər-əlamət yoxdur. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların yerində isə yaşayış evləri tikilib.
Qeyd edək ki, 1954-cü ildə inşa edilən stadion Gənclər və İdman Nazirliyinin balansındadır.