Baş nazir Əli Əsədov bu gün ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Nazirlər Kabinetindən Azadsöz.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.
Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.