“Hərbi Qənimətlər Parkına giriş üçün heç bir ödəniş tələb olunmur”.Azadsöz.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, park aprel ayının 15-dən sonra ziyarətçilər üçün açıq olacaq:
“Lakin dünyada belə bir təcrübə var. Parklar və muzeylərə bəlli bir ödəniş etməklə girişinə icazə verilir. Bu ödəniş isə həmin park və muzeylərin saxlanılmasına, orada çalışan işçilərin əmək haqlarının ödənilməsinə və muzeyin yeni ekspanatlar və avadanlıqlarla təhcizatına yönəlir. Hərbi Qənimətlər Parkına giriş tamami ilə ödənişsizdir”.