23 Noyabr 2024 16:24

Ekologiya və Təbii Sərvətlər nazirliyi bu rayonun icra hakimiyyətini cərimələdi

Azadsöz.az  xəbər  verir  ki, Ekologiya və Təbii Sərvətlər nazirliyi Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi barəsində inzibati qaydada protokol tərtib edib.İdarə inzibati xətalar məcəlləsinin 266.1-ci (Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə) maddəsini pozmaqda təqsirli bilinir.

İşə Xaçmaz rayon məhkəməsində hakim İlkin Xəlilovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən inzibati xətanın törədilməsinə görə, fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul