Azadsöz.az xəbər verir ki, ötən gün Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları Çərəkə kəndində Şəhidlər Xiyabanında olublar.Sözügedən ərazidə aparılan abadlıq işləri ilə maraqlanıblar.
Rayon rəhbəri bəzi tikinti materiallarının vaxtında təmin olunması ilə əlaqədar tez bir zamanda köməklik göstəriləcəyini bildirməklə yanaşı, Çərəkə kənd Şəhidlər Xiyabanında yüksək səviyyədə abadlıq işlərinin aparılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını veribdir.
Eyni zamanda rayon icra hakimiyyətinin başçısı İkinci Qarabağ müharibəsi Şəhidi Şirinov Eldar Bağır oğlunun iyun ayında ad gününə qədər abadlıq işlərinin yekunlaşmasını tapşırıbdır.