Azadsöz.az xəbər verir ki, Türkiyənin Çorum vilayətində 4,2 bal gücündə zəlzələ olub.Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ ətraf bölgələrdə də hiss olunub. Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
İlkin məlumata görə, zəlzələ nəticəsində insan itkisi qeydə alınmayıb. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.