Azadsöz.az xəbər verir ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Gəncədə olublar.
Qonaqlar Vətən müharibəsi zamanı Gəncədə erməni terroru nəticəsində çoxsaylı dinc insanın öldüyü, yaralandığı və böyük dağıntıların törədildiyi əraziyə baş çəkib, düşmənin raket hücumu nəticəsində doğmalarını itirənlərin faciələrini onların öz dillərindən eşidiblər.