Azadsöz.az xəbər verir ki, Fələstinin dövlət başçısı Mahmud Abbas tibbi müayinədən keçmək üçün Almaniyada hospitala yerləşdirilib.Mahmud Abbas Ramallahdan Əmmana helikopterlə gətirilmişdi.
Oradan isə Almaniyaya aparılıb. 85 yaşlı dövlət başçısının xəstəliyi məlum deyil. Mahmud Abbas çoxlu siqaret çəkir. O, 2018-ci ildə pnevmoniyanın ağır forması ilə hospitala yerləşdirilmişdi.