Azadsöz.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin (MHM) baş direktoru Elnar Əsədov vəzifəsindən azad edilib.
Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb. Məlumat Hesablama Mərkəzinə rəhbərlik müvəqqəti olaraq direktor müavini İnara Vəliyevaya həvalə olunub.
Qeyd edək ki, E.Əsədov sözügedən vəzifəni 2016-cı ilin yanvar ayından icra edirdi.