Azadsöz.az xəbər verir ki, ötən gün rayon İcra Hakimiyyətində Göyçay rayon Ağsaqqallar Şurasının yeni tərkibinin müəyyən edilməsi ilə bağlı iclas keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə başda olmaqla, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları,Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin üzvü Eldar İbrahimov iştirak edibdir.
İclasa başlamazdan əvvəl Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub.Rayonun ağsaqqalları həm Vətən müharibəsində, həm də pandemiya dövründə şəhər əhalisinə mənəvi dəstək olublar.
Daha sonra Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin üzvü Eldar İbrahimov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyyəsi əsasında yeni formalaşmış ağsaqqallar şurasının yeni tərkibi, yeni əsasnaməsi və şuranın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.