18 May 2024 23:37

Qocalar evində yaşayan Azərbaycanlı aktyor vəfat etdi-FOTO

Azadsöz.az  xəbər  verir  ki,  Fəryad” filmində canlandırdığı Aşot obrazı ilə də yadda qalan aktyor Fikrət Məmmədov  vəfat edib.

Bu barədə aktyorun həmkarları sosial şəbəkədə məlumat yayıblar. F.Məmmədov 1 yanvar 1956-cı ildə dünyaya gəlib.
“Axırıncı reys”, “Bağlı qapı”, “Bayquş gələndə”, “Cin mikrorayonda”, “Çarə”, “Doğma sahillər”, “Əlaqə”, “Fəryad”, “Fırıldaqçı”, “Gümüşgöl” əfsanəsi filmlərinə çəkilib.
Bronxial astma xəstəliyindən əziyyət çəkən aktyor ömrünün son illərini Bilgəhdə yerləşən “Qocalar evi”ndə yaşayıb.

Qeyd edək ki, aktyor Fikrət Məmmədov Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyov
un nəvəsidir.

Azərbaycanlı aktyor qocalar evində vəfat etdi