03 May 2024 23:47

Fərqliliyimiz Uğurumuzdur

Bu ölkədə parlament seçkiləri keçirilir

Azadsöz.az  xəbər  verir  ki, bu gün Bolqarıstanda 45-ci çağırış Milli Məclisə seçki keçirilir. saat 7-də ölkə üzrə 12 minə yaxın seçki məntəqəsi açılıb.

Parlament seçkilərində 22 partiya və 8 seçki koalisiyası iştirak edir, 240 deputat mandatı uğrunda 6 895 namizəd mübarizə aparır.

Seçkinin qeyri-rəsmi nəticələri saat 20.00-da – seçki məntəqələri bağlandıqdan sonra məlum olacaq. Seçkinin yekun nəticələrinin 3.4 gün sonra açıqlanması gözlənilir.

Səsvermə koronavirus pandemiyası ilə əlaqədar sosial məsafə gözlənilməklə  təşkil olunur. Seçki məntəqələrinə daxil olan zaman tibbi maskadan istifadə məcburidir. Simptomları olan vətəndaşlar seçki məntəqələrinə buraxılmır.