04 May 2024 07:28

Fərqliliyimiz Uğurumuzdur

İtkin düşən şəhidin qardaşı tapıldı

Azadsöz.az  xəbər  verir  ki, itkin düşmüş Salyan sakini, 1966-cı il təvvəlüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu tapılıb.

Bu barədə onun bacısı Ədibə Xudaverdiyeva bildirib. Onun verdiyi məlumata görə, qardaşı Xətai Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq bu gün ailəsinə təhvil verilib.
Ə.Xudaverdiyev aprelin 1-də Bakıya gedərək geri qayıtmamışdı.O, fiziki məhdudiyyətli, ikinci qrup əlildir.
Qeyd edək ki, Ə.Xudaverdiyev  Birinci Qarabağ müharibəsi şəhidinin qardaşıdır.