Azadsöz.az xəbər verir ki, abadlıq və quruculuq işləri artıq Göyçayda ənənə halını alıbdır.Növbəti belə uğurlu işlərin rayonun Heydər Əliyev prospekti, Nizami, Atatürk, Vaqif, Ə.Kərim, R.Rza küçələrində görülməsinə başlanıbdır.
Qeyd olunan prospekt və küçələrdə dağılmış asfalt örtüyünün və səkilərin bərpası işləri uğurlu şəkildə aparılmaqdadır. Görülən işlərin əyani şahidi olmaq üçün rayonun başçısı Mehdi Səlimzadə sözügedən ərazilərdə olub, aparılan abadlıq və quruculuq işlərinin icrası ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını veribdir.