22 Noyabr 2024 21:54

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri həbs edildi-FOTO

Azadsöz.az  xəbər  verir  ki,  Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.Yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, R.Quliyevin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, o, 2010-2018-ci illər ərzində bu vəzifəni icra edib. O, keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi. R. Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.

 

Abutalıbovun "sağ əli" həbs edildi - Bəhruz Quliyevin qardaşıdır
Ankara escort İstanbul Travesti Shemale İstanbul