18 May 2024 10:09

Göyçayda qaz təminatında fasilə yaranacaq

Azadsöz.az  xəbər  verir  ki,  bu  gün saat 14:00-dan 17:00-dək  rayonun  Potu, Qubadlı Şıxlı, Bığır, Qarabaqal, Hacalıkənd, Qızılağac, Çayarxı, Cəyirli, Türkmən, Kürdəmiş, Mollahacılı, Şıxbəy, Şıxəmir, Məlikkənd, Yalman, Qaraman, Qaraxıdır, Mırtı, Alıkənd, Şəkər, Bəydövül, Çaxırlı, Ləkçılpaq, Kürdşaban və Şəkili kəndlərində mavi yanacağın  təchizatında fasilə yaranacaq.

Qeyd  edək  ki,  yaranan  fasiləyə  səbəb müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlıdır.