Azadsöz.az xəbər verir ki, bu gün saat 15:00-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videoformat şəklində qeyri-rəsmi Zirvə toplantısı keçiriləcək.
Keçiriləcək Zirvə toplantısındaQazaxıstanın birinci prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın dövlət başçıları və Macarıstanın baş naziri iştirak edəcək.
Qeyd edək ki, daha öncə Zirvə toplantısının Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin COVID-19 pandemiyasının yaratdığı mürəkkəb epidemioloji vəziyyətlə bağlı görüşün videoformat şəklində keçirilməsinə qərar verilib.