Azadsöz.az xəbər verir ki, koronavirus pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərər 3,5 trln. ABŞ dollarını üstələyir.
Bu barədə RİA “Novosti”yə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
Onun sözlərinə görə, bu, 2008-ci ilin böhranının vurduğu zərərdən iki dəfə çoxdur.
“COVID-19 pandemiyası, şübhəsiz, XXI əsrin ən böyük problemlərindən biri kimi tarixə düşəcək. Onun nəticələri həyatımızın bütün sahələrinə mənfi təsir göstərdi. Beynəlxalq iqtisadi münasibətlər də bundan kənarda qalmadı”, – S. Verşinin vurğulayıb.
O əlavə edib ki, bütün bunlar həm milli iqtisadiyyatları, həm də beynəlxalq qurumları ciddi sınağa çəkdi.