22 Noyabr 2024 06:35

Bülbülün Şuşadakı evinin bərpa layihəsi hazırdır

“Şuşaya səfər edəndə özümlə memar Rizvan Bayramovu da aparmışdım. O, mən nazir olan zaman Mədəniyyət Nazirliyində Abidələrin qorunması və bərpası İdarəsinin rəisi olub. Çox gözəl bir peşəkardır. Mən ondan xahiş elədim bir yerdə, bir maşında Şuşaya getdik. Daha sonra Rizvan Bayramov bir dəfə də mənsiz Şuşaya getdi. Necə deyərlər, hər şeyi ölçdü, biçdi. Artıq Bülbülün evinin bərpa layihəsi hazırdır. Hər bir xırda detalına kimi layihə hazırlanıb”.

Azadsöz.az  xəbər  verir  ki, bu  sözləri APA-ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O bildirib ki, Bülbülün evinin bərpası ilə bağlı könüllü memarlar da öz layihələrini hazırlayıblar.

“Onlara çox minnətdaram. Çox sağ olsunlar. Prezidentin tapşırığına əsasən, bu layihə artıq hazırdır. İndi bu layihənin razılaşdırılması prosesi gedir. Daha sonra biz işə başlayacağıq”,-deyə səfir əlavə edib.

O inamını ifadə edib ki, çox qısa zamanda Bülbülün evi bərpa olunacaq və muzey kimi fəaliyyətə başlayacaq.

İstanbul trv istanbul travestileri