Azadsöz.az xəbər verir ki, Azərbaycan klassik ədəbiyyatının, eləcə də müqəddəs Qurani Kərimin tərcüməçisi kimi tanınan şair və tərcüməçi Uldis Berzinş ötən gün 77 yaşında vəfat edib.
U.Berzinş Azərbaycan ədəbiyyatı və mədəniyyətinə böyük sevgi ilə yanaşıb. O, “Dədə Qorqud” eposunu, eləcə də M.Müşfiq, S.Vurğun, R.Rza, M.Araz kimi bir çox şairlərimizin əsərlərini latış dilinə tərcümə edib.