Azadsöz.az xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib. Türkiyə KİV-nə əsasən, Ankaranın İdman Kompleksində baş tutan qurultayda AKP sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Hakim partiyanın ötən dövrdə Türkiyənin ümumi həyatına gətirdiyi yeniliklərdən və inkişaf modeli barədə ətraflı məlumat verən R.T.Ərdoğan qarşıda duran vəzifələrdən bəhs edərək vurğulayıb ki, nəzərdə tutulan yeni Konstitusiya ölkədə bütün təbəqələrin maraq və hüquqlarını təmin edəcək.
Onun hesabat və görüləcək işlərlə bağlı proqram xarakterli çıxışından sonra təşkilati məsələlərə baxılıb. R.T.Ərdoğan yenidən AKP sədri seçilib. Ona 1 428 nəfər qurultay nümayəndəsi səs verib. Sədr seçkisində R.T.Ərdoğanın alternativi taksim escort olmayıb.
Bundan başqa, partiyanın İdarə Heyətinin üzvlərinin sayı 50-dən 75-ə çatdırılıb və 75 nəfərlik yeni tərkibi təsdiqlənib. Onlardan 19-u qadındır.