Azadsöz.az xəbər verir ki, bu gün yerli vaxtla saat 15:27-də Şamaxı rayonu ərazisində 3,3 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, Qobustan stansiyasından 22 kilometr qərbdə qeydə alınıb.
Maqnitudası 3,3 və dərinliyi 8 km olan zəlzələ hiss olunmayıb.