24 Noyabr 2024 04:10

Müskürlü kəndinin tarixi: “Keçmişimiz, bu günümüz və gələcəyimiz” mövzusunda tədbir keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, pedaqoq, dil-ədəbiyyat  müəllimi Qorxmaz  Bəyaliyevin təşkilatçılığı  ilə  Göyçay  rayonunun Müskürlü  kəndində  Müskürlü kəndinin tarixi:  “Keçmişimiz, bu günümüz və gələcəyimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə  pedaqoq, dil-ədəbiyyat  müəllimi Qorxmaz  Bəyaliyev, Müskürlü  kənd tam orta məktəbin direktoru  Cəmalə  İsmayılova, məktəbin  pedaqoji kollektivi, şagirdlər, şair Vadil Ümid,   44 günlük Vətən müharibəsində şəhid  olan  Təbriz Xancanovun babası  Nazir  Xancanov, din xadimi  Yusif Aslanov, Manaf Əlmuradov, Elşən Bəyaliyev, ziyalılar və kənd sakinləri  iştirak  ediblər.

Tədbir  torpaqlarımızın  ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlayıb.

Mərasimi giriş  sözü  ilə  açan Qorxmaz  Bəyaliyev bildirdi ki, Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Müskürlü kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Müskürlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.Yaşayış məntəqəsi  Göyçay qəzasında yaşamış müskürlü tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd Molla Qədim adı ilə da tanınır. Müskürlü etnonimi Azərbaycanın şimal-şərqində, Vəlvələçayla Samurçay arasındakı Müşkür düzünün adından yaranmışdır. Müskürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur. Müşkür isə “qışlaq” mənasındadır.Bu ad haqqında ilk məlumat XIII əsrdə verilmişdir. Qəbələ Müskürlüdə ilk məscid  Mustafa babanın oğlu İslam baba tikdirib. 1992-ci ildə Qəbələ Müskürlüdə yenidən yeni məscid tikilib. Hazırda kənddə rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, 1 baxça, 1 klub, 1 poçt, 1 kitabxana, 1 həkim məntəqəsi, 1 kənd tam orta məktəb və 2 məscid fəaliyyət göstərir.

Tədbirdə Müskürlü  kənd tam orta məktəbin direktoru  Cəmalə  İsmayılova, Təlim-tərbiyə işləri üzrə direktor müavini  Samirə İsmayılova, direktor müavini və təşkilatçı Məhbubə  Kərimova  çıxış  edərək- tədbirin  təşkilatçısı  Qorxmaz Bəyaliyevə  məktəbin pedoqoji  kollektivi  adından  təşəkkür   ediblər.Bildiriblər  ki, kəndin  tarixinə  nəzər  salsaq  görərik ki,  kənddə təhsil  ocağı  1948-ci ildən  fəaliyyət  göstərir. 1948-ci ildən hazırki  dövrə qədər Müskürlü kənd tam orta məktəbində 140 müəllim fəaliyyət göstərib. Qeyd olunan  140  müəllimdən 60  müəllim vəfat  edib.Bu günə kimi məktəbin 72 buraxılış sinfi  olub. 1000 nəfərdən çox şagird   təhsil  alıb. Həmin şagirdlərdən 38  nəfəri təhsil  alıb. Məktəbdə bu  günə kimi 11 nəfər direktor  çalışıb. Qəbələ Müskürlü kənd ibtidai məktəbin və Müskürlü kənd tam  orta  məktəbin yeni  binası 2014-cü ildən istifadəyə  verilmişdir.Məktəbdə  bu günə  kimi  bir  çox dahilərin,  pedaqoqların  yubileyləri  keçirilib.Onlardan  Səməd Vurğunun, Süleyman Rüstəmin və  Bəyaliyev  Qorxmazın (müəllim) 60 illiyini, Mirzə Ələkbər Sabirin 150 illiyini, Nizami Gəncəvinin 880 illiyini, Müskürlü  kəndinin 70  və Müskürlü kənd tam orta məktəbin 60 illiyini və  digərlərini  qeyd  etmək  olar.

Daha  sonra Nazir  Xancanov, Vadil Ümid, din xadimi Yusif Aslanov, Manaf Əlmuradov, Elşən Bəyaliyev  nitq söyləyərək  keçirilən tədbirin  əhəmiyyətini yüksək qiymətləndirərək  əməyi keçən  Qorxmaz Bəyaliyevə  minnətdarlığını bildiriblər.Müskürlü kəndinin tarixinin qorunub saxlanmasında və gənc nəsilə ötürülməsində bu cür  tədbirlərin keçirilməsinin mühüm  olduğunu diqqətə  çatdırıblar. Kəndin igid oğullarının tarixin müxtəlif dövrlərində əsl qəhrəmanlıq nümayiş etdirdiklərini  vurğulayıblar.Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində də Müskürlü kəndinin igidlərinin qəhrəmancasına vuruşduğunu qeyd  ediblər. 

Sonra  məktəblilər kəndin tarixi vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbirdən sonra səmimi dialoq çay süfrəsi arxasında davam edib.

Müskürlü kəndi  haqqında  ətraflı  məlumatı  linkə daxil olub öyrənə  bilərsiniz.

Göyçay rayonu Müskürlü kəndi haqqında

Səbuhi Eltonlu 

 


 



 



 

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul