Azadsöz.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın başlayıb.
Əraziyə FHN əməkdaşları cəlb olunub. Bildirilir ki, ümumi sahəsi 1600 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 500 m² sahədə və çərisində olan avtomobil ehtiyat hissələri 300 m² sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.