22 Noyabr 2024 06:31

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə GÖRÜŞDÜ-FOTO

Azadsoz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə etdi.

O, Avropa İttifaqının gündəliyində də iqlim dəyişmələrinin prioritet və vacib mövzulardan biri olduğunu dedi.

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.

Dövlətimizin başçısı Prezident Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunun yüksək qiymətləndirildiyini qeyd edərək vurğuladı ki, məhz onun vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.

İstanbul trv istanbul travestileri