Azadsöz.az xəbər verir ki, Neftçala rayonunun Bankə qəsəbəsində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Neftçala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın yerinin kəşfiyyatı zamanı rayonun Bankə qəsəbə sakini, 1960-cı il təvəllüdlü Xanməmmədov Məhəmməd Böyükağa oğlunun yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğının baş vermə səbəbi araşdırılır.